Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində İran İslam Respublikasının səhiyyə nazirinin müşaviri ilə görüş keçirilmişdir

23-27 dekabr 2010-cu il tarixlərində ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının səhiyyə nazirinin müşaviri, Respublika Sağlamlıq xeyriyyə Birliyinin baş katibi cənab Seyid Rza Nəyyiri ilə 23.12.2010-cu il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyində görüş keçirilmişdir.

 

Qonaqları Səhiyyə nazirinin müavini Elsevər Ağayev qəbul etmişdir.

 

Görüşdə əsasən Xeyriyyə Birliyinin İrandakı fəaliyyəti, ölkələrimiz arasında səhiyyə və tibb elmi əlaqələri, həmçinin gələcək münasibət və perspektivləri müzakirə olunub.

 

Görüşdə İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri M. Bəhrami də iştirak etmişdi.

 

Səhiyyə Nazirliyi mətbuat Xidmətinin məlumatı

 

24/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013