Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Naxçıvanda açıq-ürək əməliyyatları həyata keçirilir

23 fevral - 5 mart tarixlərində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Müalicə Diaqnostika Mərkəzində 25 xəstə üzərində mürəkkəb açıq ürək əməliyyatları keçirilir. Əməliyyatlar Mərkəzi Neftçilər Xəstəxanasından t.e.n Dr. Rəşad Mahmudovun rəhbərlik etdiyi 30 nəfərlik mütəxəssis heyət tərəfindən icra olunur. Əməliyyatlar ilə yanaşı mərkəzdə 50-60 xəstəyə angioqrafiya və angioplastika kimi müayinə və müalicə üsulları tətbiq olunacaq.

 

Bu ərəfələrdə rezident və gənc həkimlərin praktiki və teorik təcrübəsinin artırılması məqsədi ilə İzmir şəhərindən dəvət olunmuş Prof. Dr. Suat Buket tərəfindən treninq kursları keçiriləcəkdir.

 

1 Mart tarixində isə Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyi tərəfindən “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi” adlı VI regional elmi-praktiki konfrans keçiriləcəkdir.

 

Konfransda ürək-damar xəstəliklərinə dair müxtəlif mövzular, dünya səhiyyə aləmində bu sahədə əldə edilən ən son nailiyyətlər müzakirə ediləcəkdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

1/03/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013