Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə işçiləri üçün insan resurslarının idarə edilməsi mövzusunda təlimlər keçirilir

Kadr potensialının gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində insan resurslarının idarə edilməsi mövzusunda təlimlər keçirilir.

 

Təlimlər 2 modul üzrə təşkil olunmuşdur. 1-ci modul personalın idarə edilməsi strategiyası, işçi seçiminin reallaşdırılması və yeni mühitə adaptasiyası, işçi heyətinin təlim və inkişaf sistemi, işçi heyətinin qiymətləndirilməsi və s. mövzular, 2-ci modul isə əmək məcəlləsini və nəzəriyyənin praktikada reallaşdırılmasını əhatə edir.

 

2013-cü il aprel ayınadək davam edəcək təlimlərdə respublika üzrə 300 səhiyyə işçisinin iştirak etməsi nəzərdə tutulub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

4/03/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013