Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Həkimləri Təkmilləşdirmə İnstitutunda Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir

19 aprel 2013-cü il tarixində Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.

 

Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər və məzarı önünə əklillər qoymuşlar.

 

Daha sonra konfrans iştirakçıları Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən danışdılar. Bildirildi ki, Zərifə xanım 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Onun yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına da böyük xidmətləri olub. Zərifə xanımın elmi fəaliyyəti bütünlükdə ölkənin tibb sahəsi üçün mühüm töhfələr vermişdir.

 

Konfransda görkəmli alimin həyat və peşə fəaliyyətindən bir sıra məqamları diqqətə çatdırıldı.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

19/04/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013