Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Xarici ölkələrdə ixtisasartırma kursları təşkil edilir - Elan

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən səhiyyənin prioritet sahələri (kardiologiya, cərrahiyyə, anesteziologiya və reanimatologiya, qastroenterologiya, travmatologiya və ortopediya, urologiya və uşaq urologiyası, neonatologiya və pediatriya, vizual diaqnostika, mama-ginekologiya, psixiatriya, laboratoriya işi və otolarinqologiya) üzrə gənc tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə ixtisasartırma kursları təşkil olunur. 2013-cü il ərzində kursların təşkili əsasən Türkiyənin, Almaniyanın və s. ölkələrin aparıcı klinikalarında həyata keçiriləcəkdir.

 

Kurslarda iştirak üçün əsas tələblər:

 

Yuxarıda adıçəkilən ixtisaslar üzrə 45 yaşadək 3 il iş stajı və xarici dillərə (ingilis, alman, türk və rus) yiyələnmiş mütəxəssislər:

 

Bakı şəhəri üzrə dövlət xəstəxanalarında habelə bölgələr üzrə Perinatal Mərkəzlərdə və Mərkəzi Rayon Xəstəxanalarında işləyən mütəxəssislər müraciət edə bilərlər

 

Müraciətlər 1 aprel -20 may 2013-cü il tarixlərində Səhiyyə Nazirliyinin 246 nömrəli otağında saat 10:00-dan 16:00 qədər qəbul olunur

 

 

1/05/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013