Sumqayıtda əhalinin səyyar tibbi müayinəsi aparılmışdır
Aprelin 27-də Sumqayıt Şəhər Səhiyyə Şöbəsi tərəfindən Corat qəsəbəsində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi çərçivəsində sakinlərin səyyar tibbi müayinəsi aparılmışdır. Səyyar ambulatoriya prinsipi ilə təşkil olunmuş tədbirdə əksər profillərdən olan həkim-mütəxəssislər iştirak etmiş, 360 nəfər qəsəbə sakini həkim müayinəsindən keçirilmişdir.
Müayinə nəticəsində 74 nəfərə ambulator müalicə təyin edilmiş, 18 nəfər stasionar müalicəyə cəlb olunmuşdur.