Aptek təşkilatlarında reydlərə başlanılmışdır
Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən aptek təşkilatlarında reydlərə başlanılmışdır. Reydlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 21.12.2009-cu il tarixli 172 nömrəli əmri ilə təsdiq edilmiş Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarının yerinə yetirilməsinə nəzarətin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.
01.04.2013-cü il tarixindən etibarən başlanan yoxlamalarda Səhiyyə Nazirliyinin təsdiq etdiyi vahid resept blankında buraxılacaq dərman vasitələrinin reseptsiz qaydada satan aptek təşkilatı rəhbərlərinə qanunvericiliyə müvafiq tədbirlər görüləcəkdir.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
2/04/2013