Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sağlamlıq düşərgələrində məskunlaşmış qaçqın ailələrin uşaqları arasında İmmunlaşdırma həftəsi keçirilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublikada ” İmmunlaşdırma həftəsinin” keçirilməsi barədə” 30 nömrəli 11.04.2013-cü il tarixli əmrinin icrası məqsədilə Sumqayıt şəhərinin Uşaq müalicə-profilaktika müəssisələri tərəfindən şəhərdə hər hansı səbəblərə görə immunlaşdırılmadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi işinin təşkili ilə yanaşı şəhərin ətrafındakı Sarıqaya zonasında yerləşən 5 keçmiş sağlamlıq düşədgələrində məskunlaşan qaçqın ailələrdəki uşaqlar arasında da immunlaşdırılma aparılması işi təşkil edilmişdir. Şəhər Səhiyyə şöbəsi tərəfindən həmin düşərgələrə həkimlər və orta tibb işçilərinin daxil edildiyi briqada göndərilmişdir.

 

Briqada tərəfindən 307 uşağa profilaktik müayinə aparılmış və immunlaşdırılmanın bütün tələblərinə əməl edilməklə 160 uşaga peyvənd olunmuşdur.

 

Eyni zamanda həmin düşərgələrin sakinləri arasında yoluxucu xəstəliklərin profilaktikasında immunlaşdırılmanın əhəmiyyəti barədə geniş söhbətlər aparılmışdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

10/05/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013