Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2013-cü ilin aprel ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 97 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 21 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 28 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 832, mikrobioloji göstəricilərinə görə 859, toksikoloji göstəricilərinə görə 144, radioloji göstəricilərinə görə 32 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 13-də orqanoleptik və fiziki-kimyəvi, 10-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur. Şadlıq evlərindən 3137 yaxma nümunəsi, 53 soyuq qəlyanaltı nümunəsi götürülmüş, 54 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

Aprel ayı ərzində əhali arasında 89 qida zəhərlənməsi hadisəsi baş vermiş, 108 nəfər zərərçəkən olmuşdur. O cümlədən 5 botulizm hadisəsi baş vermiş, 5 nəfər zərərçəkən olmuşdur.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

1/06/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013