Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilmişdir
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 1 iyul 2013-cü il tarixindən 5 iyul 2013-cü il tarixinədək könüllü qanvermə aksiyaları keçirilmişdir.
Aksiyalar zamanı Tovuz MRX-da 180 nəfər, Mərkəzi Qan Bankının Gəncə bölməsində 60 nəfər, Göy-göl MRX-da – 203 nəfər, Xaçmaz MRX-da isə 114 nəfər tibb işçisi könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.