Səhiyyə naziri Oqtay Şirəliyev Qusarda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 13 iyul 2013-cü il tarixində saat 11:00-da Qusar Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Qubadlı rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Qusar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
2/07/2013