Səhiyyə naziri Şirvanda vətəndaşları qəbul etmişdir
Səhiyyə naziri Oqtay Şirəliyev iyunun 21-də Şirvan Müalicə-Diaqnostika Mərkəzində Şirvan, Sabirabad, Hacıqabul, Saatlı, Salyan, Neftçala rayonlarının sakinlərini qəbul etmişdir.
Qəbul zamanı nazir tərəfindən vətəndaşların müraciətləri dinlənilmiş, səhiyyə sahəsinə dair suallar cavablandırılmışdır. Bəzi müraciətlərlə əlaqədar səlahiyyətli strukturlara göstərişlər verilmiş və ya yerindəcə həll olunmuşdur.