Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında 20 iyun 2013-cü il tarixində könüllü qanvermə aksiyası keçirilmişdir.
Aksiya zamanı 136 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.