Oqtay Şirəliyev Şirvan-Müalicə Diaqnostika mərkəzində vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 21 iyun 2013-cü il tarixində saat 11:00-da Şirvan Müalicə-Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Şirvan, Sabirabad, Hacıqabul, Saatlı, Salyan, Neftçala rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Şirvan-Müalicə Diaqnostika mərkəzində qeydiyyatdan keçə bilərlər.
Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
20/06/2013