Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ÜST Regional Bürosunun direktoru səhiyyə nazirinə təbrik məktubu ünvanlayıb

17 iyun Tibb İşçilərinin Peşə Bayramı münasibətilə bir sıra beynəlxalq təşkilatlar səhiyyə nazirliyinin ünvanına təbrik məktubları ünvanlayıblar.

 

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun Direktoru Jujanna Yakabın göndərdiyi təbrik məktubunda deyilir: Hörmətli cənab nazir Oqtay Şirəliyev, icazə verin ÜST Avropa Regional Bürosunun bütün kollektivi adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda Azərbaycanın bütün tibb işcillərini 17 iyun Peşə Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edim.

 

Sizin sağlamlığın qorunmasındakı xidmətləriniz heç şübhəsiz ki, Azərbaycanın səhiyyə işçilərinin nəzərə çarpacaq ustalıq nümayiş etdirməsinə təkan vermişdir. Mənə məlumdur ki, siz şəxsən tibb işçilərinin akademik hazırlığının yüksək keyfiyyətinin təminatına böyük diqqətlə yanaşırsınız. İcazə verin bir daha Sizin şəxsinizdə Azərbaycan səhiyyəsinin bütün işçilərini təbrik edim.

 

Fürsətdən istifadə edib, mən həmçinin Sizi, İcraiyyə Komitəsinin birinci vitse-prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə də təbrik etmək istərdim. Sizin İcraiyyə Komitəsində fəaliyyətiniz bizim üçün ÜST-ın Avropa regional bürosunda xüsusi dəyər kəsb edir. Çünki biz əminik ki, Sizin çıxışlarınız, şərhləriniz Regionun bütün üzv dövlətlərinin bütün resurslarının səfərbərliyi və texniki dəstəyinin təminatı üçün şərait yaradacaq.

 

Cənab nazir, mənim Sizə dərin hörmətimi qəbul edin.

 

Jujanna Yakab

Regional direktor

20/06/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013