Respublika Müalicə-Diaqnostika Mərkəzində ən ağır əməliyyatlardan sayılan aorta genişlənməsinin qapalı əməliyyatı həyata keçirildi
Ən ağır əməliyyatlardan sayılan AORT (şahdamar) damarının genişləndirilməsi əməliyyatı Respublika Müalicə Diaqnostika Mərkəzində həyata keçirilmişdir. Dünyada mövcud ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunmuş mərkəzdə bir çox ağır əməliyyatlar həyata keçirilir o, cümlədən də aort damarının genişlənməsi əməliyyatı. Bu xəstəlik 55 yaşdan yuxarı hipertoniyadan əziyyət çəkən (əksər hallarda kişilər) insanların 10 faizində aşkarlanır.
Bu unikal əməliyyat bu dəfə 71 yaşlı paytaxt sakini Nazim Məmmədzadənin üzərində aparılmışdır. Xəstə aortanın anevrizması, damar ölçüsünün müxtəlif nahiyələrində iki dəfəyə qədər genişlənməsi, şişməsi və son mərhələyə çataraq də yırtılması diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmişdir.
Prof.dr Əhməd Məmişin rəhbərliyi ilə həyata keçirilən əməliyyat iki saat davam etmişdir. Əməliyyat haqqında məlumat verən professor sözlərinə görə, hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və əməliyyatdan sonra xəstə 4-6 saat reanimasiyada qalıb. Anevrizmanın qapalı yolla müalicəsindən bir həftə sonra xəstənin normal həyata qayıtması mümkün olacaq.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
12/06/2013