Apteklərdə reydlər keçirilib
Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən 2013-cü ilin I rübü ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana, Ədliyyə Nazirliyinin yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə birgə reydlər keçirilmişdir.
Ümumilikdə 68 aptekdə reyd keçirilmişdir.
Reydlər zamanı xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətilə məşğul olan 1 aptek aşkarlanaraq fəaliyyətləri dayandırılmışdır. Reydlər zamanı həmçinin yararlıq haqqında analiz protokolu olmayan 1202 qutu (bunlardan 818 qutu qeydiyyatsız dərman vasitələri), istifadə müddəti bitmiş 9 qutu dərman preparatları tərəfimizdən aşkar olunaraq müsadirə edilmişdir.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
11/06/2013