Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sabirabad rayon Perinatal Mərkəzinin açılışı oldu

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə Ana və uşaqların sağlamlığının qorunması dövlət proqramı ilə nəzərdə tutulmuş 7 perinatal mərkəzlərdən sayca 6-cısı - Sabirabad rayon perinatal mərkəzinin açılışı olub.

 

İki mərtəbəli, bütün tibbi avadanlıq, sarğı və dərman preparatları ilə təmin olunmuş mərkəzin birinci mərtəbəsi əsasən hamiləliyin patologiyası və qəbul bölməsi kimi, 2-ci mərtəbəsi isə fərdi doğuş və laboratoriya otaqları kimi nəzərdə tutulmuşdur. Mərkəzdə yenidoğulmuşların intensiv terapiya palatası habelə əməliyyat bloku da bütün müasir tibbi standartlara cavab verən avadanlıqlarla tam təmin olunmuşdur. Burada istilik və qida ilə təminata da ciddi diqqət ayrılmışdır. Mərkəz 156 min yerli əhali, 5 minə yaxın qaçqın və ətraf rayonların sakinlərinə xidmət göstərəcək.

 

Xatırladaq ki, Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba perinatal mərkəzləri artıq fəaliyyət göstərir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

28/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013