Səhiyyə Nazirliyinin Qaynar xətt (9103) xidmətinə 2013-cü il may ayı ərzində 401 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 279-u (18-i əsaslı, 191-i isə əsassız, 70-i cari problemlərlə bağlı şikayət), 13-ü - aidiyyəti üzrə deyil, 109-u sorğu xarakterli olub.
Qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür.