Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səhiyyə Nazirliyi tərəfindən bir sıra xeyriyyə aksiyaları keçirilir

Dünyanın əksər ölkələrində olduğu kimi, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda da hər il qeyd edilir. Bu münasibətlə Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhəri və bölgələrdə bir sıra xeyriyyə aksiyaları keçirilir.

 

Aksiyalar çərçivəsində Ucar, Tərtər və Astara rayonlarına ezam olunmuş Səhiyyə Nazirliliyinin həkim briqadaları (pediatr, uşaq kardioloqu, LOR, uşaq nevropatoloqu, uşaq cərrahı, psixiatr, hematoloq) tərəfindən uşaqlar arasında dərin müayinələr aparılır, həmçinin müayinələrdən sonra onlara bayram hədiyyələri təqdim olunur.

 

Bundan əlavə, 01.06.2013-cü il tarixində Bakı şəhəri Psixonevroloji Uşaq evində və 1 saylı Respublika Psixiatriya Xəstəxanasında xeyriyyə tədbiri keçiriləcək, orada müalicə alan uşaqlara Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş hədiyyələr təqdim olunacaqdır.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumat

31/05/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013