Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş könüllü qanvermə aksiyası keçirilmişdir

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Masallı Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.

 

Aksiya zamanı 252 nəfər tibb işçisi könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyalar davam edir.

 

Tibbi Yardımın Təşkili Şöbəsi

7/05/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013