I Bakı Beynəlxalq Neonatoloji Konqresi keçiriləcəkdir
2012-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Avropa Neonatoloqlar Birliyi arasında əldə edilmiş razılaşmaya əsasən 2013 - cü il 12-13 iyul tarixlərində Avropa Neonatoloqlar Assosiasiyası ilə birgə I Bakı Beynəlxalq Neonatoloji Konqres keçiriləcəkdir.
Konqresin işində Almaniya, İtaliya, Türkiyə, Norveç, Finlandiya, Rusiya və Gürcüstan kimi dövlətlərdən 250 dən artıq dəvət olunmuş mütəxəssislərin, habelə Avropa Neonatoloqlar birliyinin baş katibinin iştirakı nəzərdə tutulmuşdur. Konqresin plenar iclasında Avropadan gəlmiş məşhur mütəxəssislərin neonatologiyanın aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxışları planlaşdırılıb.
Konqresin açılış mərasimi 12 iyul 2013-cü il saat 9:00-da Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun akt zalında başlayacaqdır.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
11/07/2013