Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Daha iki tibb müəssisəsinin açılışı oldu

Bu gün Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyovanın iştirakı ilə 15 saylı uşaq Poliklinikasının açılış mərasimi olub. 20 mindən artıq əhaliyə xidmət edəcək poliklinikada uşaqların diaqnostikası üçün bütün lazımi şərait yaradılmışdır. 2 mərtəbəli poliklinikada rentqen, flioqrafiya, USM apparatı və,s avadanlıqlarla təmin olunmuşdur.

 

Analoji açılış mərasimi Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Soltan Əliyevin iştirakı ilə olub. Maştağa qəsəbəsindəki 1 saylı Ruhi Əsəb Xəstəxanasının 4 qadın və bir qəbul şöbəsinin açılış mərasimi olmuşdur. Əsaslı təmirdən sonra istifadəyə verilən 280 çarpayılıq qadın şöbələri bütün lazımı tibbi avadanlıq, dərman, qida, və istiliklə tam təmin olunmuşdur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

29/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013