Səhiyyə naziri Astarada vətəndaşları qəbul etmişdir
Səhiyyə naziri Oqtay Şirəliyev mayın 3-də Astara Mərkəzi Rayon Xəstəxanasında Astara, Masallı, Lənkəran, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonlarının sakinlərini qəbul etmiş, onların problemləri ilə yaxından tanış olmuşdur.
Qəbul zamanı müraciətlər dinlənilmiş, səhiyyə sahəsinə dair çoxsaylı suallar Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən cavablandırılmışdır. Müraciətlərin əksəriyyətinə dair səlahiyyətli strukturlara göstərişlər verilmiş, bəzi məsələlər yerindəcə həll olunmuşdur.