Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə bir sıra səhiyyə müəssisələri istifadəyə verilib

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə bir sıra səhiyyə müəssisələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Ölkə başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkənin səhiyyə sistemində iri miqyaslı infrastruktur layihələr həyata keçirilir. Bir sıra tibb müəssisələri tikilib yaxud da əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilir. Bu tibb müəssisələri bütün lazımi avadanlıqlar, qida, istilik, dərman preparatları ilə tam təmin və təchiz olunur.

 

Qeyd olunduğu kimi belə müəssislərdən bir necəsi ümummilli liderin 90 illik yubileyi ərəfəsində istifadəyə verilmişdir. İstifadəyə verilən Suraxanı rayonundakı 12 saylı BŞX-nı, Razin qəsəbəsindəki 22 saylı Uşaq Poliklinikası, Yasamal rayon 19 saylı Şəhər poliklinikası, Müşviqabad qəsəbəsindəki 13 saylı Şəhər Poliklinikası və Əhmədli qəsəbəsindəki 38 saylı Şəhər Poliklinikası bütün dərman və lazımi tibbi avadanlıqlarla tam təmin olunmuşdur.

 

İstifadəyə verilən poliklinikaların hər birində yüksək tibbi xidmətin göstərilməsi üçün bütün şərait yaradılmışdır. Həkim otaqları, müayinə manipulyasiya, ultrasəs müayinə kabinetləri, eləcədə kiçik əməliyyat otaqları tam müasir tibbi avadanlıqlara təchiz olunub, zəruri tibbi texnika və cihazlar qoyulub. Suraxanı rayonundakı 12 saylı BŞX-da 40 çarpayılıq xəstəxanalardakı palatalar iki, üç və dörd nəfərlikdir. Bu tibb müəssisəsi 20 min yerli əhaliyə xidmət göstərəcək. Xəstəxanada terapiya, yoluxucu xəstəliklər və poliklinika şöbələri fəaliyyət göstərir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətini məlumatı

3/05/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013