Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Astara MRX-da vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 3 may 2013-cü il tarixində saat 13:00-da Astara Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. O.Şirəliyev Astara, Masallı, Lənkəran, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

 

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar Astara Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətini məlumatı

2/05/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013