Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyi tərəfindən növbəti xeyriyyə aksiyası

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 25 Aprel - 2 May 2013 tarixləri arasında cənub bölgəsində növbəti xeyriyyə aksiyasına start verilib.

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş bu aksiya çərçivəsində Lənkəran rayonunda ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi altında Mərkəzi Neftçilər Xəstəxanasının həkim heyəti tərəfindən bir sıra açıq ürək əməliyyatları icra olunur.

 

26 Aprel tarixindən etibarən Lənkəran Müalicə Diaqnostika Mərkəzində “Uşaq həftəsi” xeyriyyə aksiyası çərçivəsində anadangəlmə ürək qüsurundan əziyyət çəkən 6 körpə əməliyyat olunacaq və O.Mirzəyev adına Lənkəran Qarışıq tipli Uşaq Evində olan bütün uşaqların ürək müayinələri təşkil ediləcəkdir.

 

27 aprel tarixindən Lənkəran Müalicə Diaqnostika Mərkəzində, 29 aprel tarixində isə Astara Rayon Mərkəzi Xəstəxanasında, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi” adlı VII regional elmi-praktiki konfransı fəaliyyətə başlayıb. Konfrans zamanı əməliyyatxanadan canlı yayım vasitəsilə yerli həkimlərə tədris keçiriləcəkdir və iştirakçılar xüsusi sertifikatlarla təltif olunacaqdır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətini məlumatı

24/04/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013