Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb mütəxəssislərinin xarici ölkələrdə ixtisaslarının artırması istiqamətində işlər davam etdirilir

Tibb mütəxəssislərinin, o cümlədən gənc kadrların xarici ölkələrdə ixtisaslarının artırması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Talassemiya Mərkəzinin 10 nəfərdən ibarət mütəxəssisi Səhiyyə Nazirliyi tərəfindən dövlət hesabına Belorusiyanın Minsk şəhərinə göndəriliblər. 3 ay davam edəcək kurslar Belarusiyanın Sümük Transplantasiyası Mərkəzində keçirilir.

 

Qeyd edək ki, xarici ölkələrdə yüksək səviyyəli tibb mütəxəssislərinin hazırlanması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

26/04/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013