Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş geniş toplantı keçirilmişdir
ET Hematologiya və Transfuziologiya, ET Travmatologiya və Ortopediya İnstitutlarının kollektivləri Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, AMEA-nın akademiki Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş geniş toplantı keçirmişdirlər.
Məruzəçilər ET Hematologiya və Transfuziologiya İnstitutunun direktoru S.Əliyev, ET Travmatologiya və Ortopediya İnstitutunun direktoru V. Verdiyev və s. mütəxəssislər akademik Zərifə Əliyevanın respublikamızda tibb elminin inkişafına verdiyini mühüm lövhələrdən, elmi-pedaqoji və ictimai fəaliyyətindən danışmışdırlar. Tədbirin sonunda Zərifə xanım Əliyevanın zəngin və nümunəvi həyat və yaradıcılığından bəhs edən film nümayiş olunmuşdur.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətini məlumatı
25/04/2013