Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Prezident İlham Əliyev Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının açılışında iştirak etmişdir

Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıdakı Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışında iştirak etmişdir.

 

Prezident İlham Əliyev xəstəxananın əsaslı təmir və yenidənqurmadan sonra açılışı, Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə tibb işçilərini təbrik etdi.

 

Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xəstəxanada görülmüş işlər haqqında ətraflı məlumat verdi.

 

Xəstəxana ilə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı səhiyyə ocağının tibb heyəti ilə xatirə şəkli çəkdirdi.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

30/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013