Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Mərkəzi Neftçilər Xəstəxanasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə aksiyalar keçiriləcək

Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 saylı 04.03.2013-cü il əmrinə əsasən Mərkəzi Neftçilər Xəstəxanasının mütəxəssisləri tərəfindən aksiyalar təşkil olunacaq. Aksiya çərçivəsində “Ürək və damar xəstəliklərinin bu günü və gələcəyi ” 7-ci regional Beynəlxalq elmi-praktik konfrans təşkil olunacaq.

 

06- 15 may 2013-cü il tarixlərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Anadangəlmə ürək qüsurları” mövzusunda növbəti treninq kurslarının keçiriləcək. Kurslar çərçivəsində Almaniya və İtaliya dövlətlərinin aparıcı tibb mərkəzlərinin mütəxəssisləri, Mərkəzi Neftçilər Xəstəxanasının mütəxəssisləri ilə birgə mürəkkəb anadangəlmə ürək qüsurundan əziyyət çəkən 15 -20 uşaq üzərində cərrahiyyə əməliyyatlar həyata keçirəcəklər.

 

Eyni zamanda 05- 10 may 2013-cü il tarixlərində Şirvan rayonunda böyrək transplantasiyasının keçirilmə əməliyyatı. 10.05.2013-cü il tarixində isə Mərkəzi Neftçilər Xəstəxanasında ödənişsiz müayinələrin (diaqnostik-laborator) aparılması planlaşdırılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

24/04/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013