Mərkəzi Neftçilər Xəstəxanasında akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibətilə tədbirlər keçiriləcək
Görkəmli akademik Zərifə xanım Əliyeva anadan olmasının 90 illik yubileyi münasibətilə respublikanın şəhər, rayon səhiyyə idarə və müəssisələrində bir sıra tədbirlər həyata keçirilir.
Belə önəmli tədbirlərdən bir necəsi Mərkəzi Neftçilər Xəstəxanasında nəzərdə tutulub. Belə ki, 26.04.2013-cü il tarixində Mərkəzi Neftçilər Xəstəxanasının Göz mərkəzinin mütəxəssisləri Bərdə rayon sakinlərinə konsultasiyalar verəcək və cərrahi əməliyyatlar edəcəklər.
28 aprel 2013-cü il tarixlərində Xəstəxananın Göz mərkəzində açıq qapı günləri keçiriləcək. 27 aprel 2013-cü il tarixində Göz mərkəzinin həkimləri Ümid qəsəbəsində müraciət edən əhaliyə konsultasiyalar verəcək.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
24/04/2013