Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş könüllü qanvermə aksiyası keçirilmişdir

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş 2 nömrəli Doğum evində könüllü qanvermə aksiyası keçirilmişdir.

 

Aksiya zamanı 77 nəfər tibb işçisi könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyalar davam edir.

 

Tibbi Yardımın Təşkili Şöbəsi

24/04/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013