Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında 22.04.2013-cü il tarixində könüllü qanvermə aksiyası keçirilmişdir.
Aksiya zamanı 150 nəfər tibb işçisi könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.