Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda İmmunlaşdırma Həftəsi başlandı

22-27 aprel 2013-cü ilin tarixlərində Azərbaycanda İmmunlaşdırma Həftəsi keçiriləcəkdir. İmmunlaşdırma həftəsi Bakı və bütün bölgələri əhatə edəcək. 2007-ci ildən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsinin keçirməsi təşəbbüsündə iştirak edir. Azərbaycanda 2013-cü ildən həyata keçirilən immunlaşdırma həftəsinin əsas məqsədləri aşağıdakılardır:

 

- Planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılması

 

- Pnevmokok əleyhinə vaksinlərin immunlaşdırma proqramında tətbiqi ilə bu infeksiya tərəfindən törədilən uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılması

 

- Qızılca, məxmərək xəstəliklərinin eliminasiyası naminə nəzarətin gücləndirilməsi və qızılca, məxmərək, parotitə qarşı peyvəndlə əhatə səviyyəsinin yüksəldilməsi

 

İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunmasını hər bir ərazi tibb müəssisə tərəfindən təmin ediləcəkdir.

 

İmmunlaşdırma həftəsi çərçivəsində Azərbaycanda bir sıra tədbirlər keçiriləcəkdir. 23 aprel 2013-cü il tarixində Elmi-Tədqiqat Pediatriya İnstitutunda Pnevmokok infeksiyasına qarşı peyvəndin Azərbaycan Respublikasının İmmunlaşdırma Proqramında tətbiqinin hazırlığına həsr olunmuş konfrans keçiriləcəkdir. Tədbirdə (ÜST) Avropa Regional Bürosunun vaksinlə qarşısı alınan xəstəliklər və immunlaşdırma proqramının eksperti Dr. Ludmila Mosina da iştirak edəcəkdir.

 

Qeyd edək ki, 2013-cü ildə Avropa İmmunlaşdırma Həftəsi təşəbbüsünə ÜST-nın Avropa Regionunun üzvü olan bütün 53 dövlət qoşulub.

 

İmmunlaşdırma həftəsinə dair daha geniş məlumat əldə etmək istəyənlər ÜST-nın Azərbaycan üzrə ölkə ofisi ilə əlaqə saxlasınlar: (012)-498 98 88 daxili nömrə 159; (+99450) 323-14-14

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi: (012) 421-43-52

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi: (012)565-12-07

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

22/04/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013