Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sumqayıtda mama-ginekoloq-terapevt-pediatrik (MTPK) kompleksin fəaliyyəti başlandı

Səhiyyənin prioritet sahəsi olan ana və uşaqların sağlamlığının qorunması işində “sağlam ana - sağlam uşaq” fəaliyyət prinsipinə əsaslanaraq sahə mama-ginekoloqu, sahə terapevti və sahə pediatrı arasında qarşılıqlı və müştərək əlaqənin daha da yaxşılaşdırılmasını tənzimləyən Sumqayıt şəhərində kompleks fəaliyyət proqramı hazırlanmışdır.

 

Sahə mama-ginekoloqu, sahə terapevti və sahə pediatrı arasında müştərək əlaqənin müntəzəm olaraq təmin edilməsi üçün müvafiq xidmət əraziləri üzrə ünvanlar qruplaşdırılmış və sahə həkimləri, sahə tibb bacıları, sahə mamalarının adlarını, xidmət sahələrinin nömrələrini əks etdirən cədvəllər bütün aidiyyatı olan tibb müəssisələrinə paylanmışdır. Həmin cədvəllərə uyğun olaraq sahə mama-ginekoloqu, sahə terapevti və sahə pediatrı bir-biri ilə əlaqə saxlayaraq ekstragenital xəstəlikləri olan qadınlar barədə məlumatlar terapevtdən mama-ginekoloqa , hamilə və zahı qadınlar barədə məlumatlar mama-ginekoloqdan pediatra və əksinə ötürülməklə antenatal dövrdən başlayaraq patoloji vəziyyətlərin profilaktikasının aparılmasına və zahı qadınlara və yenidoğulmuşlara patronaj xidmətinin yaxşılaşdırılmasına nail olunmaqla həm hamilə qadına, həm də doğulacaq uşağa daimi nəzarəti təmin etmək mümkün olacaqdır.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

22/04/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013