Akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibəti səhiyyə müəssisələrində bir sıra tədbirlər keçirilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibəti səhiyyə müəssisələrində bir sıra tədbirlər keçirilir

2013-cü ilin aprel ayında görkəmli oftalmoloq-alim, Akademik Zərifə Əziz qızı Əliyevanın 90 illik yubileyi münasibəti səhiyyə müəssisələrində bir sıra tədbirlər həyata keçirilir.

 

20 aprel 2013-cü il tarixində saat 12:00 Suraxanı rayon BŞX-nın akt zalında akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə elmi-praktiki konfrans keçiriləcəkdir.

 

23 aprel 2013-cü il saat 11:00-da Sumqayıt şəhər Tarix Muzeyinin akt zalında akademik Zərifə Əliyevanın elmi və ictimai fəaliyyətinə dair şəhər tibb işçilərinin iştirakı ilə konfrans keçiriləcəkdir.

 

27 aprel 2013-cü il tarixdə görkəmli alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə tibb işçiləri tərəfindən Corat qəsəbə sakinlərinə səyyar tibbi xidmət aksiyası keçiriləcəkdir.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

19/04/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..