Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş simpozium keçiriləcək

Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş simpozium keçiriləcək.

 

Simpoziumun açılış mərasimi 03 may 2013-cü il tarixində, saat 09:00-da ATU-nun Tədris Terapevtik Klinikasının konfrans zalında olacaqdır. Azərbaycan Tibb Universitetinin, Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyi və Türkiyə Cümhuriyyətinin DAS (dezinfeksiya, antiseptika, sterilizasiya) dərnəyinin birlikdə təşkil edəcəyi simpoziumun mövzusunu «Xəstəxanadaxili infeksiyalar, Antibiotiklərə rezistentlik, Dezinfeksiya, Antiseptika və Sterilizasiya problemləri» təşkil edəcəkdir.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

19/04/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013