Səhiyyə naziri Bərdədə vətəndaşları qəbul etmişdir
Səhiyyə naziri Oqtay Şirəliyev aprelin 12-də Bərdə Müalicə-Diaqnostika Mərkəzində Bərdə, Tərtər, Ağdam, Yevlax, Beyləqan, Füzuli, İmişli, Mingəçevir, Ağcabədi, Laçın, Xocalı, Xocavənd rayonlarının sakinlərini qəbul etmişdir.
Görüşdə 80 nəfər vətəndaşın müraciəti dinlənilmiş, onların səhiyyə sahəsinə dair sualları cavablandırılmış, əksər hallarda müraciətlər yerindəcə həll olunmuşdur.
Qəbulda vətəndaşları narahat edən məsələlərin bir çoxu yerindəcə həll olunmuş, digər müraciətlər isə həll edilməsi üçün qeydə alınmışdır.
Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatı
15/04/2013