Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sumqayıtda qanvermə aksiyası keçirilmişdir

Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyləri ilə əlaqədar hazırda respublikamızın bütün regionlarında müvafiq tədbirlər həyata keçirilməkdədir. Belə tədbirlərdən biri də Sumqayıt şəhərində keçirilmişdir. Məlumdur ki, Talassemiya, Hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə Dövlət Proqramı daxilində ölkəmizdə xüsusi qayğı göstərilir, ələlxüsus həmin xəstələrin müntəzəm olaraq qan və qan komponentləri ilə təchizatı daim diqqət mərkəzində saxlanılır.

 

Adları çəkilən və digər qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Səhiyyə Nazirliyinin illik qrafikinə uyqun olaraq 10 aprel 2013-cü il tarixdə Sumqayıt şəhər tibb işçiləri tərəfindən qanvermə aksiyası keçirilmişdir. Bu tədbirdə 350-dək tibb işçisi könüllü olaraq iştirak etmişdir və tibbi müayinədən keçirildikdən sonra 180 yararlı qan Qan Bankına təhvil verilmişdir.

 

Qanvermə aksiyalarının gələcəkdə də davam etdirilməsi nəzərdə tutulubdur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

11/04/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013