Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Mərkəzləşdirilmiş qaydada ilk işə qəbul imtahanı keçirildi

Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

 

Mərkəzləşdirilmiş qaydada işə qəbulun əsas məqsədi hər bir namizədin bilik və peşə bacarığını, ümumi dünyagörüşünü, tibb müəssislərində işləmək bacarığının səviyyəsini müəyyən etməkdir.

 

28.03.2013-cü il tarixində Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrində vakant yerlərə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə ilk imtahan keçirildi. İmtahanda iştirak üçün 100 vakant yerlərə 27 ixtisas üzrə 150 namizəd sənəd təqdim etmişdir. 2 saat ərzində fasiləsiz test üsulu ilə davam edən imtahanda 110 nəfər iştirak etmiş və ixtisaslarına uyğun sualları cavablandırmışlar.

 

Növbəti, qalan 40 nəfərin imtahanı 02.04.2013-ci il tarixində həyata keçiriləcəkdir.

 

Test imtahanı 50 sualdan ibarətdir və imtahanın yekununa görə 30 və ya daha çox bal toplamış şəxslər ikinci mərhələyə - müsahibəyə buraxılır.

 

Hər iki mərhələdə müsbət nəticələr əldə etmiş həkimlərə müvafiq qaydada səhiyyə müəssisəsində işə qəbul olunmaq üçün Səhiyyə Nazirliyi tərəfindən göndəriş verilir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

28/03/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013