Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Qaynar xətt” xidmətinə 484 müraciət daxil olub

Səhiyyə Nazirliyinin Qaynar xətt (9103) xidmətinə son iki il ərzində (24.02.2011-24.02.2013) 13275 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 9061-i (1728-i əsaslı, 4976-sı isə əsassız, 2357-si cari problemlərlə bağlı şikayət), 730-u - aidiyyəti üzrə deyil, 3484-ü sorğu xarakterli olub.

 

2013-cü ilin fevral ayı ərzində Qaynar xətt xidmətinə 484 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 350-si (176-sı əsaslı, 153-ü isə əsassız, 21-i cari problemlərlə bağlı şikayət), 19-u aidiyyəti üzrə deyil, 115-i isə sorğu xarakterli olub.

 

Qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

28/03/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013