Səhiyyə Nazirliyinin Qaynar xətt (9103) xidmətinə 2013-cü il iyun ayı ərzində 354 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 227-si (11-i əsaslı, 130-u isə əsassız, 86-sı cari problemlərlə bağlı şikayət), 14-ü - aidiyyəti üzrə deyil, 113-ü sorğu xarakterli olub.
Qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür.