Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin mütəxəssisləri “Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə” təltif olunublar

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq 27 iyun 2013-cü il tarixində “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam İmzalamışdır.

 

Sərəncama əsasən, “Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə” bir necə şəxs 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Tərəqqi medalı” ilə təltif edilmişlər.

 

Təltif olunmuş şəxslər sırasında uzun illər səhiyyə və tibb elmi sahəsində çalışan, bu sahədə xüsusi xidmətləri olmuş Səhiyyə Nazirliyinin əməkdaşlarının da adları var.

 

Ölkə bacısının imzaladığı sərəncama əsasən Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Vəlibəyov Abbas Soltan oğlu “Tərəqqi medalı”, Mehdiyeva-Cuvarlinskaya Kəmalə Nurəddin qızı və Qasımov Viktor Kərimoviç ”Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişlər.

28/06/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013