Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə işçiləri təltif olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyun 2013-cü il Tibb işçilərinin Peşə Bayramı münasibəti ilə imzaladığı sərəncama əsasən, Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə, bir qrup tibb işçisi “Tərəqqi” medalı , habelə “Əməkdar həkim”, “Əməkdar müəllim” və “Əməkdar mühəndis” fəxri adları ilə təltif olunmuşdur. İyulun 12-də səhiyyə işçilərinə mükafatların təqdimetmə mərasimi oldu. Tədbiri giriş sözü ilə acan səhiyyə naziri Oqtay Şirəliyev öncə təltif olunmuş şəxsləri təbrik etdi və bu şərəfli işdə onlara uğurlar arzuladı. Sonra mükafatlar sahiblərinə təqdim olundu.

 

Ölkə başçısı tərəfindən belə mötəbər mükafatlara layiq görüldüklərinə görə, dövlət rəhbərliyinə öz minnətdarlıqlarını bildirən tədbir iştirakçıları, ölkənin tərəqqisi, gələcək inkişafı və firavanlıq naminə qarşıdan gələn prezident seçkilərində İlham Əliyev cənablarının namizədliyini tibb ictimaiyyəti tərəfindən dəstəkləyəcəklərini bildirdilər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

12/07/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013