Səhiyyə naziri Qusarda vətəndaşları qəbul etmişdir
İyulun 13-də səhiyyə naziri Oqtay Şirəliyev Qusar Mərkəzi Rayon Xəstəxanasında Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Qubadlı rayonundan olan vətəndaşları qəbul etmişdir.
Səhiyyə naziri ilə görüşə Şimal regionunda yaşayan 200-dən çox insan qatılmışdır.
Qəbulda vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapmış, digərlərinin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir. Nazir Oqtay Şirəliyev tibbi yardıma, müalicəyə, müayinəyə ehtiyacı olan sakinlərin müvafiq səhiyyə ocaqlarına istiqamətləndirilməsi üçün müvafiq göstərişlər vermişdir.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
15/07/2013