Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

59 müəssisənin sahibkarı inzibati qaydada cərimələnib

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2013-cü ilin iyun ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 59 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 17 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 46 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1338, mikrobioloji göstəricilərinə görə 1123, toksikoloji göstəricilərinə görə 301, radioloji göstəricilərinə görə 11 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 43-da orqanoleptik və fiziki-kimyəvi, 13-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.

 

Şadlıq evlərindən 4233 yaxma nümunəsi, 174 soyuq qəlyanaltı nümunəsi götürülmüş, 56 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilmişdir. Soyuq qəlyanaltı nümunəsinin 4-də normalardan kənara çıxma müəyyən edilmişdir.

 

İyun ayı ərzində əhali arasında 131 qida zəhərlənməsi hadisəsi baş vermiş, 151 nəfər zərərçəkən olmuşdur.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

 

 

18/07/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013