Təcili Tibbi Yardım Stansiyasına 11 580-dan artıq çağırış daxil olmuşdur
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 8-14 iyul 2013-cü il tarixlərində 11 585 çağırış daxil olmuşdur. Çağırışlar nəticəsində 1073 nəfər hospitallaşdırılmışdır.
Çağırışlar əsasən günvurma, suda boğulma, həşərat sancmaları ilan sancmaları, yol nəqliyyat hadisələri, travmalar, yoluxucu xəstəliklər və s. məsələlərlə əlaqədar olub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının məlumatı