Sertifikasiya prosesinin ilk imtahanlarının nəticələri bəlli oldu
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin ilk imtahanlarının nəticələri bəlli oldu.
05.01.2011-ci il tarixində mama-ginekologiya və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda 23 həkim iştirak etmişdir. İmtahanlarda iştirak edən həkimlərin 92% uğurlu nəticələr əldə etmişdir.
İmtahanın şərtlərinə görə 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılacaqlar.