Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Şirvan və Gədəbəy MRX-da könüllü qanvermə aksiyaları keçirilmişdir

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 26 iyul 2013-cü il tarixində Şirvan və Gədəbəy Mərkəzi Rayon Xəstəxanalarında könüllü qanvermə aksiyaları keçirilmişdir.

 

Aksiyalar zamanı Şirvan MRX-da 140 nəfər, Qədəbəy MRX-da isə 175 nəfər tibb işçisi könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyalar davam edir.

 

Tibbi Yardımın Təşkili Şöbəsi

29/07/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013